NATO-dan SƏRT XƏBƏRDARLIQ: Rusiya bu ərazini işğal edəcək

NATO-dan SƏRT XƏBƏRDARLIQ: Rusiya bu ərazini işğal edəcək

Rusiya Gürcüstanın işğal olunmuş Cənubi Osetiya bölgəsinin rəsmi ilhaqına hazırlaşır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Böyük Britaniya, Fransa, Almaniya və İtaliyanın birgə bəyanatında deyilir.

Sənəd 2008-ci ildə Rusiya qoşunlarının Gürcüstana hərbi müdaxiləsinin 18-ci ildönümünə həsr olunub. Bəyanatda Rusiyanın Abxaziya və Cənubi Osetiyada davam edən hərbi mövcudluğunun beynəlxalq hüquq normalarını və 2008-ci il avqustun 12-də imzalanmış altı bəndlik saziş üzrə öhdəlikləri pozduğu vurğulanır. İşğal olunmuş ərazilərin militarizasiyası Gürcüstanın təhlükəsizliyinə, həmçinin regional və Avropa sabitliyinə ciddi təhdid yaradır.

Sənədi imzalayan ölkələr qeyd ediblər ki, Rusiyanın 2026-cı il mayın 9-da Cənubi Osetiyanın separatçı "hakimiyyəti" ilə "İttifaq və inteqrasiyanın dərinləşdirilməsi haqqında Saziş" imzalaması Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü daha da pozur. Bundan əlavə, Rusiya vətəndaşının regionun başçısı təyin edilməsinin bölgənin tammiqyaslı ilhaqı ilə bağlı qorxular yaratdığı və bunun cavabsız qalmayacağı bildirilib.

Sara,
NOCOMMENT.az