Səudiyyə Ərəbistanı raket ehtiyatlarının 86 faizini tükədib

Səudiyyə Ərəbistanı raket ehtiyatlarının 86 faizini tükədib

Səudiyyə Ərəbistanı İranla münaqişənin ilk günlərində hava hücumundan müdafiə sistemlərinin ehtiyatlarının böyük hissəsini sərf edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Bildirilir ki, Səudiyyə Ərəbistanı münaqişənin ilk 38 günü ərzində təxminən 2400 ədəd PAC-3 zenit raketindən istifadə edib. Bu rəqəm krallığın mövcud ehtiyatlarının 86 faizini təşkil edir. Nəşrin məlumatına görə, hazırda səudiyyəlilərin sərəncamında cəmi 400-ə yaxın raket qalıb.

Eyni dövr ərzində Birləşmiş Ştatlar da regionda oxşar tipli təxminən 1500 raket sərf edib.

Agentliyin iddialarına əsasən, bu, fevral-iyul ayları ərzində bölgədəki ehtiyatların təxminən 65 faizini təşkil edir. Nəticədə, İranla münaqişə başlayana qədər mövcud olan 2330 raketdən hazırda 850-dən az vahid qalıb.

Sara,
NOCOMMENT.az