Cəlilabadda iki həyətyanı sahə və tövlə yanıb.
Cəlilabadda yanğın baş verib.
NOCOMMENT.az cənub bürosunun verdiyi xəbərə görə hadisə rayonun Dostallı kəndində qeydə alınıb.
Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub.
Kənd sakinlərinin verdiyi məlumata görə, yanğın elektrik naqillərinin birləşməsi nəticəsində yaranıb. Yanğın zamanı iki həyətyanı sahədə quru otlar və bir tövlə yanıb.
Faktla bağlı araşdırma aparılır.











