NATO İraqdakı missiyasını dayandırır

NATO İraqdakı missiyasını dayandırır

Yaxın Şərqdə hərbi əməliyyatların getdikcə şiddətlənməsi fonunda NATO İraqdakı yerli hərbçilərin hazırlığı ilə məşğul olan təlimatçılar missiyasını müvəqqəti olaraq ölkədən çıxarır. Bu barədə AFP agentliyi məlumat yayıb.

NOCOMMENT.az xəbər verir ki, mənbələr Alyansın regiondakı mövcud vəziyyətdən ciddi narahat olduğunu bildiriblər. Məlumata görə, NATO missiyası artıq “tam heyətlə” İraqdan təxliyə edilib. Yalnız Türkiyə və Rumıniya hərbçilərindən ibarət kiçik bir qrupun hələlik qaldığı qeyd olunur.

Öz növbəsində, Alyansın rəsmi nümayəndəsi NATO-nun İraqdakı missiyasının “yenidən qruplaşdırıldığını” təsdiqləyib. Qeyd edək ki, bu missiya qeyri-döyüş xarakteri daşıyır və əsasən İraq silahlı qüvvələri üçün zabit və mütəxəssislərin hazırlanmasına yönəlib. Alyans rəsmiləri bu addımın müvəqqəti xarakter daşıdığını və təhlükəsizlik şərtləri imkan verdikdə fəaliyyətlərini bərpa edəcəklərini vurğulayıblar.

Sara,
NOCOMMENT.az