Orban Aİ-yə qarşı çarəni Vaşinqtonda tapdı – “Politoco”

Orban Aİ-yə qarşı çarəni Vaşinqtonda tapdı – “Politoco”

Macarıstanın baş naziri Viktor Orbanın Vaşinqton səfərindən sonra ümidləri artıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Politico” yazır.

Nəşr bu qənaətə Orbanın açıqlamasından sonra gəlib. Baş nazir lovğalanıb ki, ABŞ onun ölkəsini Avropa İttifaqının (Aİ) təzyiqinin öhdəsindən gəlməyə kömək etmək üçün “maliyyə qalxanı” ilə təmin edəcək.

“Görünür, o, Budapeştin qanunun aliliyindən yayınması səbəbindən Brüsselin Macarıstanın aktivlərini dondurmasına eyham vurub”, – deyə nəşr vurğulayıb.

Macarıstanın “Válasz Online” nəşri xəbər verir ki, Tramp və Orbanın ötən ay ölkələrinin mərkəzi bankları arasında valyuta mübadiləsinə dair razılığa gələ bilib. Bu paket Argentinanın ABŞ ilə imzaladığı 20 milyard dollarlıq məzənnə sabitliyi sazişinə bənzəyir.

“Politico” yazır ki, bu, əslində Budapeşt üçün xilasetmə paketidir. Əgər belədirsə, bu, Trampın mühüm seçki ərəfəsində sağçı müttəfiqinə ikinci dəfə maliyyə yardımı etməsi olacaq. Bu, onun Argentina prezidenti Xavyer Miley üçün maliyyə yardımı paketini təsdiqləməsindən sonra baş verir.

Xatirə SADİQ