Paşinyan bir həftədə üçüncü dəfə Təhlükəsizlik Şurasını topladı

Paşinyan bir həftədə üçüncü dəfə Təhlükəsizlik Şurasını topladı

Ermənistanın Baş naziri Nikol Paşinyan son bir həftə ərzində üçüncü dəfə Təhlükəsizlik Şurasının iclasını keçirib.

NOCOMMENT.az xəbər verir ki, iclasda Ermənistan prezidenti Vaaqn Xaçatryan, parlament sədri Alen Simonyan və digər yüksək vəzifəli şəxslər iştirak ediblər.

Məlumata görə, toplantının gündəliyində regionda yaranmış gərgin təhlükəsizlik vəziyyəti və ölkədə nəqliyyat-kommunikasiya sistemlərinin normal fəaliyyətinin təmin olunması məsələləri müzakirə olunub.

Ermənistan rəhbərliyi regionda baş verən son hadisələr fonunda təhlükəsizlik risklərini qiymətləndirir və mümkün ssenarilər üzrə tədbirləri nəzərdən keçirir. Hökumət rəsmiləri bildiriblər ki, ölkənin təhlükəsizliyi və strateji infrastrukturların fasiləsiz fəaliyyəti əsas prioritet olaraq qalır.

Sara