Peskovdan ŞOK ETİRAF: “Ukraynada baş verənlər…”

Peskovdan ŞOK ETİRAF: “Ukraynada baş verənlər…”

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynada cərəyan edən hadisələri "əsl müharibə" adlandırıb.

NOCOMMENT.az xəbər verir ki, Peskov jurnalist Pavel Zarubinə verdiyi müsahibəsində mövzuya aydınlıq gətirib. O bildirib ki, hər şey "xüsusi hərbi əməliyyat" formatında başlasa da, hazırda hadisələr tammiqyaslı müharibə xarakteri alıb. Mətbuat katibi bunu Kiyev arxasında dayanan Qərb dövlətlərinin, o cümlədən Berlin, Paris, Haaqa, Oslo və Vaşinqtonun birbaşa iştirakı ilə əlaqələndirib. Peskovun sözlərinə görə, həmin ölkələr öz infrastruktur və peyk sistemləri vasitəsilə Ukrayna ordusuna Rusiya hədəflərini nişan almaqda və xarici silahları yönləndirməkdə kömək edirlər.

Mətbuat katibi həmçinin Rusiya ilə ABŞ arasında əlaqələrin davam etdiyini, Stiv Uitkoff və Cared Kuşnerin Moskvaya səfər etməməsinə baxmayaraq, təmasların kəsilmədiyini qeyd edib. Peskov Rusiyanın Ukrayna münaqişəsinin həlli üçün sülh danışıqlarına açıq olduğunu və məqsədlərinə diplomatik yolla nail olmağa üstünlük verdiyini bir daha vurğulayıb.

Əli Səfərli,

NOCOMMENT.az