Ukrayna Dmitri Pankovu PUA ilə vurdu

Ukrayna Dmitri Pankovu PUA ilə vurdu

Rusiyanın Belqorod vilayətində növbəti təhlükəsizlik insidenti qeydə alınıb.

NOCOMMENT.az xəbər verir ki, Qrayvoron dairəsinin başçısı Dmitri Pankov Ukraynaya məxsus pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qalıb.

İlkin məlumatlara görə, dron birbaşa Pankovun olduğu xidməti avtomobilə zərbə endirib. Hadisə nəticəsində bud nahiyəsindən yaralanan dairə rəhbərinin vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumatı Belqorod vilayətinin Operativ Qərargahı təsdiqləyib.

Əli Səfərli,

NOCOMMENT.az