Politico: İran xalqı tarix yazır, Avropa dəstək göstərməlidir

Politico: İran xalqı tarix yazır, Avropa dəstək göstərməlidir

İslam Respublikasına qarşı ölkə miqyasında keçirilən etirazlar zamanı İran vətəndaşları həyatlarını riskə ataraq ölkənin gələcəyi uğrunda mübarizə aparıblar.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Politico” nəşrində yayımlanan məqalədə bildirilir.

Nəşr vurğulayır ki, beynəlxalq ictimaiyyət İran xalqının tələbləri qarşısında neytral qala bilməz. Etirazçıların əsas gözləntisi onların adından danışmaq deyil, başlanmış dəyişiklik prosesinə real dəstək göstərilməsidir.

Məqalədə həmçinin qeyd olunur ki, İran cəmiyyəti illərdir dövlət zorakılığı, məhkəməsiz qətllər, qaçırılma, işgəncələr və geniş senzura ilə üzləşir. Nəticədə bir tərəfdə güclü dövlət strukturları, digər tərəfdə isə silahsız mülki əhali dayanır.

Aliyə