Qərb Zelenskinin tənqid etdi

Qərb Zelenskinin tənqid etdi

Münhen Təhlükəsizlik Konfransında yalnız uşaq təhdidləri yer alırdı.

NOCOMMENT.az xəbər verir ki, Cənub-Şərqi Norveç Universitetinin professoru Qlenn Diesen özünün X sosial media səhifəsində tədbiri tənqid etdi.

“Bu ilki Münhen Konfransı ola biləcək ən pisi idi. Nə strategiya, nə sağlam düşüncə, nə ləyaqət – yalnız uşaq təhdidləri və müharibə qızışdırmaları var idi”, – deyə o yazıb.

Ekspert həmçinin Ukrayna Prezidenti Vladimir Zelenskinin Macarıstanın Baş naziri Viktor Orbanı “lağa qoymasını” tənqid edib.

Daha əvvəl Zelenski Münhen Təhlükəsizlik Konfransında çıxış edərkən Orbanın çıxışı ilə bağlı şərh vermişdi. O, Orbanın ordunu necə genişləndirmək və Rusiya tanklarının Budapeşt küçələrinə qayıtmasının qarşısını almaq barədə deyil, daha da böyük qarın böyütmək barədə düşündüyünü söyləmişdi.