Qəzaya uğrayan təyyarənin qara qutusu tapıldı

Qəzaya uğrayan təyyarənin qara qutusu tapıldı

Ötən gün Gürcüstanda qəzaya uğrayan Türkiyəyə məxsus C-130 hərbi təyyarəsinin qara qutusu tapılıb.

NOCOMMENT.az Ölkə.az-a istinadən xəbər verir ki, bu barədə “AnewsTV” məlumat yayıb.

Qeyd olunub ki, təyyarənin qara qutusu açıq sahədə tapılıb. Qurğu təhlil üçün göndəriləcək və nəticələr araşdırma başa çatdıqdan sonra ictimaiyyətə açıqlanacaq.