Qəzza sərhədi ilə bağlı VACİB QƏRAR verildi

Qəzza sərhədi ilə bağlı VACİB QƏRAR verildi

İsrailin müdafiə naziri İsrael Kats ölkənin cənub sərhədlərində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı mühüm göstəriş verib.

NOCOMMENT.az xəbər verir ki, müdafiə naziri Qəzza zolağı ilə həmsərhəd olan yaşayış məntəqələrindəki özünümüdafiə dəstələrində xidmət edən ehtiyatdakı hərbçilərin sayının azaldılmaması barədə əmr imzalayıb.

İsrael Kats qərarın səbəbini izah edərək bildirib ki, yerli sakinlərin təhlükəsizliyini etibarlı şəkildə təmin etmək məqsədi ilə sərhəddə mövcud olan qüvvə səviyyəsi dəyişməz olaraq saxlanılacaq.