Londonun mərkəzində HÜCUM: Qadın bıçaqla 4 nəfəri ağır yaraladı

Londonun mərkəzində HÜCUM: Qadın bıçaqla 4 nəfəri ağır yaraladı

Böyük Britaniyanın paytaxtı Londonda dəhşətli insident qeydə alınıb. Şəhərin mərkəzində qadın tərəfindən törədilən bıçaqlı hücum nəticəsində dörd nəfər xəsarət alıb.

NOCOMMENT.az xəbər verir ki, London polisinə istinadən yayılmış məlumata görə, hadisə avqustun 5-i gündüz saatlarında Kovent-Garden rayonundakı Endell-strit küçəsində baş verib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanları bıçaq xəsarətləri almış 34, 39, 42 və 52 yaşlı dörd nəfər kişini aşkar ediblər. Yaralılara dərhal ilkin tibbi yardım göstərilib, daha sonra onlar xüsusi travmatologiya mərkəzinə təcili olaraq yerləşdiriliblər.

Polis hücumda şübhəli bilinən 47 yaşlı qadını saxlayıb. Ona qarşı soyuq silah saxlamaq və qəsdən adam öldürməyə cəhd / ağır xəsarət yetirmə ittihamları irəli sürülüb. Hazırda o, polis nəzarəti altında saxlanılır.

Hadisə baş verən ərazi tamamilə polisin nəzarətinə götürülüb və təcrid olunub. Faktla bağlı genişmiqyaslı araşdırma aparılır, hücumun səbəbləri və motivləri araşdırılır.

Sara, NOCOMMENT.az