"Premium Food Baku" MMC tərəfindən Çindən idxal olunan, "Yantai Yuji Foodstuff Co." müəssisəsinin istehsalı olan ümumi çəkisi iki ton təşkil edən çörək qırıntıları (panko) məhsulunda uyğunsuzluqlar aşkarlanıb.
Bu barədə NOCOMMENT.az-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, laborator müayinələrin nəticələrinə əsasən, məhsulda kif və maya göbələkləri üzrə uyğunsuzluq aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq məhsul partiyası məhv edilib.














