Cəlilabad sakini bədbəxt hadisə nəticəsində ölüb.
NOCOMMENT.az cənub bürosunun verdiyi xəbərə görə, hadisə bir neçə gün öncə Masallı rayonu ərazisində yerləşən çayda qeydə alınıb.
Belə ki, Cəlilabad rayonun Göytəpə şəhər sakini, 2003-cü il təvəllüdlü Çoşqun Quliyev çaya tullanan zaman boyun nahiyəsindən xəsarət alıb. O müalicə olduğu xəstəxanada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.











