Ermənistan mediası Gümrüdəki 102-ci Rusiya hərbi bazasının komandir köməkçisi, dindar hərbçilərlə iş üzrə məsul şəxs olan keşiş Timofeyin (dünyəvi adı ilə Taron Arutyunoviç Kazaryan) fəaliyyəti barədə səs-küylü məlumatlar yayıb.
NOCOMMENT.az xəbər verir ki, erməni mənbələrinin iddiasına görə, Kazaryan faktiki olaraq hər gün Ermənistanın dövlətçilik maraqlarına zidd olan təbliğat işləri aparır. Qeyd olunur ki, o, bu yaxınlarda Rusiya Müdafiə Nazirliyi tərəfindən "İnam və Vətənə xidmətə görə" medalı ilə təltif edilib.
Yayılan məlumatlarda Kazaryanın 2011-ci ildə Xaçatur Abovyan adına Ermənistan Dövlət Pedaqoji Universitetini bitirdiyi, daha sonra isə Rus Pravoslav Kilsəsinin Don Ruhani Seminariyasına daxil olduğu bildirilir. Erməni mediası iddia edir ki, o, Rusiya hərbi bazası ilə sıx bağlı olan bir strukturda xidmət etməsinə baxmayaraq, Ermənistan Həvari Kilsəsinin Şirak yeparxiyasının bəzi nümayəndələri ilə hələ də gizli və yaxın əlaqələrini saxlayır.
Sara,
NOCOMMENT.az













