Əməkdar jurnalist Nuraninin səhhəti ilə bağlı SON DƏQİQƏ açıqlama

Əməkdar jurnalist Nuraninin səhhəti ilə bağlı SON DƏQİQƏ açıqlama

Azərbaycanın tanınmış siyasi analitiki, əməkdar jurnalist Tofiqəxanım Fazil qızı Qasımovanın (Nurani) səhhəti ilə bağlı son vəziyyət açıqlanıb.

NOCOMMENT.az xəbər verir ki, açıqlamasında Minval.az və Minval Politika resurslarının baş redaktoru Emil Mustafayev bildirib ki, jurnalistin səhhətində müsbət istiqamətdə hər hansı irəliləyiş yoxdur. Onun sözlərinə görə, Nurani Qasımova hazırda reanimasiya şöbəsindədir:

“Reanimasiyadadır. Vəziyyətində yaxşılığa doğru heç nə getmir. Çox təəssüf ki, həkimlər də yaxşı proqnozlar bildirmirlər”.

Xatırladaq ki, Nurani Qasımova uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkir. O, səhhətində yaranan problemlərlə bağlı uzun müddət ictimaiyyətə məlumat verməyib.

Jurnalistin səhhəti kəskin pisləşdikdən sonra o, xəstəxanaya yerləşdirilib. Hazırda müalicəsi həkimlərin nəzarəti altında reanimasiya şöbəsində davam etdirilir./Musavat.com/