Rusiya səfirindən sərt açıqlama: Britaniya həqiqətləri gizlədir

Rusiya səfirindən sərt açıqlama: Britaniya həqiqətləri gizlədir

Böyük Britaniya hökuməti Rumıniyada baş vermiş pilotsuz uçuş aparatı insidentindən istifadə edərək Ukrayna Silahlı Qüvvələrinin Starobelsk və Yenakiyevodakı hücumlarından diqqəti yayındırmağa çalışır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiyanın Londondakı səfirliyi bəyan edib.

Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, iyunun 3-də Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin Böyük Britaniyanın Xarici İşlər Nazirliyinə çağırılıb. Görüş zamanı ona qarşı bir sıra iradlar səsləndirilib, o cümlədən mayın 29-da Rumıniyada dronun düşməsi ilə bağlı iddialar irəli sürülüb.

Səfir hadisə ilə bağlı Rusiyanın mövqeyini izah edərək, səsləndirilən ittihamları əsassız əsassız adlandırıb.

Andrey Kelinin sözlərinə görə, Rusiyaya qarşı yeni ittiham dalğasının məqsədi beynəlxalq ictimaiyyətin diqqətini Kiyev hakimiyyətinin fəaliyyətindən, o cümlədən Starobelskdə yataqxanaya və Yenakiyevodakı sərnişin avtobusuna edilən hücumlardan yayındırmaqdır.

Bəyanatda qeyd olunub ki, London Ukrayna Prezidenti Volodimir Zelenski hökumətinin əsas dəstəkçilərindən biri kimi bu məsələdə xüsusi rol oynayır.

Məhəmməd

NOCOMMENT.az