Kəngərlidə baş verən qəzada yaralanan şəxs öldü

Kəngərlidə baş verən qəzada yaralanan şəxs öldü

Naxçıvan-Sədərək magistralının 22-ci kilometrliyində, Kəngərli rayonunun Yeni Kərki kəndi ərazisindən keçən hissəsində baş verən qəzada xəsarət alan 1981-ci il təvəllüdlü Seyidova Rüqəyyə Bağır qızı bu gün xəstəxanada həyatını itirib.

NOCOMMENT.az xatırladır ki, ötən gün "Hyundai" markalı avtomobil yoldan çıxaraq aşması nəticəsində avtomobildə olan övladı 2010-cu il təvəllüdlü Seyidov Mirməhərrəm Afət oğlu da həyatını itirmişdi.

Xəsarət alan digər 4 şəxsin müalicəsi davam edir.

Faktla bağlı araşdırma aparılır.