Rusiya “Zaporojstal”a zərbə endirib, 7 nəfər ölüb, 21 nəfər yaralanıb

Rusiya “Zaporojstal”a zərbə endirib, 7 nəfər ölüb, 21 nəfər yaralanıb

Rusiyanın Zaporojyeyə endirdiyi ballistik zərbə nəticəsində "Zaporojstal" metallurgiya kombinatının fəaliyyəti tam dayandırılıb.

NOCOMMENT.az bildirir ki, zərbə zamanı 7 müəssisə əməkdaşı ölüb, daha 21 işçi yaralanıb. Onların hava həyəcanı elan edildikdən dərhal sonra sığınacağa gedən zaman hücuma məruz qaldıqları bildirilib.

Hücum nəticəsində enerji infrastrukturu, əsas və yardımçı koks, domna və s. istehsalı sahələri zədələnib.

"Metinvest"in məlumatına görə, "Zaporojstal"ın fəaliyyəti tamamilə dayandırılıb, digər istehsal müəssisələri isə azaldılmış güclə işləyir.

Hazırda mütəxəssislər hücumun nəticələrini, müəssisənin fəaliyyətinin bərpası imkanlarını və bunun üçün tələb olunan müddəti qiymətləndirir, həmçinin qəza-bərpa işləri aparırlar. APA