“Fənərbaxça” istədi, Mourinyo qərarını verdi

“Fənərbaxça” istədi, Mourinyo qərarını verdi

“Real Madrid” braziliyalı hücumçu Endriki komandada saxlamaq qərarına gəlib.

NOCOMMENT.az xəbər verir ki, “Fənərbaxça”nın da yaxından maraq göstərdiyi 20 yaşlı futbolçunun icarəyə göndərilməsi ilə bağlı planlar baş tutmayıb. “AS” nəşrinin məlumatına görə, “Real Madrid”in baş məşqçisi Joze Mourinyo Endrikə güvənir və braziliyalı oyunçunun komandada qalmasını istəyir. “Roma” və “Aston Villa”nın da diqqətində olan hücumçu qarşıdakı mövsümdə Madrid klubunun formasını geyinəcək. Məlumata görə, Mourinyo Endrikdən yalnız mərkəz hücumçusu kimi deyil, həm də ikinci hücumçu və sağ cinahda istifadə etməyi planlaşdırır.

Endrikin də “Real Madrid”də qalaraq əsas heyətdə özünü göstərmək niyyətində olduğu qeyd edilir.