78-ci dəqiqədə Coy-Lens Mikels fərqlənib.
----------
67-ci dəqiqədə Stiv Solvet başla dəqiq oynayıb.
--------
58-ci dəqiqədə Velko Simiç fərqlənib.
---------
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Sabah" - "Orhus" (Danimarka) matçı başlayıb.
NOCOMMENT.azın məlumatına görə, qarşılaşma Masazırdakı "Bank Respublika Arena"da keçirilir.
Görüşü fransalı FIFA referisi Villi Delajo idarə edir.
Qeyd edək ki, komandalar arasında ilk matç Danimarka təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
------------











