“Sadovod” bazarındakı yanğında iki azərbaycanlı yaralanıb

“Sadovod” bazarındakı yanğında iki azərbaycanlı yaralanıb

Moskvadakı “Sadovod” ticarət mərkəzinə PUA hücumu zamanı iki Azərbaycan vətəndaşı yaralanıb.

NOCOMMENT.az xəbər verir ki, bu gün səhər saatlarında “Sadovod” bazarına düşən dron parçaları Azərbaycan vətəndaşları, Şəki rayonu sakinləri İslam Süleymanov və Elnur Nəbiyevin xəsarət almasına səbəb olub.

Yaralılar Moskva şəhərindəki 36 saylı xəstəxanaya yerləşdiriliblər.

Hazırda onlardan birinin evə buraxıldığı bildirilib.APA