Azərbaycanlı tələbənin qaldığı mənzil dronla belə vurulub - Anbaan video

Azərbaycanlı tələbənin qaldığı mənzil dronla belə vurulub - Anbaan video

Xəbər verdiyimiz kimi, Ukraynanın Odessa şəhərinə dron hücumu zamanı 18 yaşlı azərbaycanlı tələbə Əli Mehdiyev ağır yaralanıb.

NOCOMMENT.az-ın məlumatına görə, tələbənin qaldığı mənzil "Şahed" tipli dronla vurulub.

Avqustun 1-də baş verən hücum zamanı bir Türkiyə vətəndaşı da yaralanıb.

Odessa Regional Polis İdarəsinin rəisi Sergey Lısak bildirib: "Hazırda iki nəfərin yaralandığı məlumdur. Onlar müvafiq olaraq 18 və 28 yaşlı gənc kişilərdir. Onlar ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər. Həkimlər bütün lazımi yardımı göstərirlər".

Sözügedən binaya dron hücumunun görüntülərini təqdim edirik:

\\unikal.az