İstanbulda keçirilən əməliyyat zamanı külli miqdarda saxta valyuta və onların hazırlanmasında istifadə olunan avadanlıqlar müsadirə edilib.
NOCOMMENT.az xəbər verir ki, əməliyyat zamanı üç nəfər saxlanılıb.
Əməliyyat Bakırköy Baş Prokurorluğu, Qaçaqmalçılıq və Maliyyə Cinayətləri üzrə İstintaq Bürosunun təlimatı əsasında İstanbul Vilayət Jandarma Komandanlığı və Milli Kəşfiyyat Təşkilatının (MİT) İstanbul Regional Müdirliyinin koordinasiyası ilə Əsənlərdə yerləşən bir evdə həyata keçirilib.
Axtarış zamanı 1 milyon 250 min saxta ABŞ dolları, 655 min saxta avro, kağız kəsmə maşını, pul yoxlama cihazı, pul çap etmə qəlibi maşını, 800 holoqram, pul çapında istifadə edilən 2 dəmir və 18 plastik qəlib aşkarlanaraq götürülüb.
Faktla bağlı üç şübhəli saxlanılıb, araşdırmalar davam etdirilir.
Aygün












