İranda Təbriz-Məşhəd sərnişin qatarı Miyanə şəhəri ərazisində relsdən çıxıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
"Təbriz-Məşhəd sərnişin qatarı Türkmənçay ərazisində (Vərzəqan yolu yaxınlığında) relsdən çıxıb", - məlumatda bildirilib.
Qeyd olunub ki, hadisə ilə əlaqədar Miyanə Qızıl Aypara Cəmiyyətinin xilasetmə və əməliyyat qrupları dərhal hadisə yerinə yönləndirilib.
Ölən və xəsarət alanlar barədə məlumat açıqlanmayıb./Report/











