Türkiyə mediası maraqlı bir fotoya izah verib.
NOCOMMENT.az xəbər verir ki, dünya ayazlı – şaxtalı bu soyuq günlərdə artıq qışa hazır olduğunu bildirərkən, Türkiyənin bir bölgəsi hələ də yay günlərini yaşadığını önə sürüb. Media yazır:”
Türkiyə daxilində soyuq havalar əsməyə başlasa da, Antalyanın Alanya rayonunda yayın ilıq mehi davam edir. Havanın temperaturu 20 dərəcəyə çatıb, sakinlər dünyaca məşhur Kleopatra çimərliyində günəşin və dənizin ləzzətini yaşayırlar.

Ölkə daxilində soyuq havalar təsirli olarkən , Aralıq dənizinin turizm mərkəzlərindən biri olan Alanyada yaşayan əcnəbilər və vətəndaşlar dünyaca məşhur Kleopatra çimərliyində dənizin və günəşin dadını çıxarıblar”.

Türkiyənin Alanya bölgəsi tarixlə müasirliyin birləşdiyi yerdir. Antalyanın vilayəti olan Alanya turizm bölgəsi kimi dünyada məşhurdur. Ağ dənizin sahilində yerləşən bu bölgəyə hər il 4 milyona yaxın turist gəlir. Nəticədə bölgə turizm mövsümündə 4 milyard dollar gəlir əldə edir.
Dünyanın müxtəlif yerlərindən gələn turistlər Alanyada həm də özlərinə mülk alırlar. “Turizm cənnəti”ndə ev sahibi olanlar arasında azərbaycanlılar da var. Belə ki, ötən il 47 azərbaycanlı burada özünə mülk alıb. Ümumilikdə isə Alanya şəhərində 190 azərbaycanlının evi var.

Əntiqə Rəşid












