Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın 9 may tarixində Moskvada hərbi parad keçirməsinə ironik şəkildə “icazə verən” qeyri-adi fərman imzalayıb.
NOCOMMENT.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın 9–11 may tarixləri üçün elan etdiyi üçgünlük atəşkəs bəyanatı ilə eyni vaxtda yayımlanan sənəddə bu qərarın 8 may 2026-cı il tarixində Amerika tərəfi ilə aparılan danışıqlarda müəyyən edilmiş humanitar məqsədlər və çoxsaylı müraciətlər nəzərə alınaraq qəbul edildiyi bildirilir.

Fərmana əsasən, 9 may 2026-cı il tarixində Kiyev vaxtı ilə saat 10:00-dan etibarən paradın keçiriləcəyi müddət ərzində Qırmızı Meydanın ərazisi Ukrayna silahlarının tətbiqi planından çıxarılıb. Sənədin bəndlərindən birində həmin “ərazi kvadratı”nın dəqiq koordinatları — Qırmızı Meydanın hər dörd küncü xüsusi olaraq qeyd edilib. Bu addım hərbi əməliyyatların davam etdiyi bir şəraitdə rəsmi Kiyevin Moskvaya qarşı növbəti psixoloji və diplomatik gedişi kimi qiymətləndirilir.
Sara,
NOCOMMENT.az









