Tarixdə ilk dəfə: ABŞ bu gizli sənədləri yaydı

Tarixdə ilk dəfə: ABŞ bu gizli sənədləri yaydı

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) indiyədək gizli saxlanılan və "Naməlum Anomaliya Hadisələri" (UAP – əvvəlki adı ilə UFO) ilə bağlı olan arxiv sənədlərinin ilk hissəsini yayımlayıb. Bu addım ABŞ Prezidentinin təşəbbüsü ilə həyata keçirilən "Presidential Unsealing and Reporting System for UAP Encounters" (PURSUE) proqramı çərçivəsində atılıb.

NOCOMMENT.az xəbər verir ki, nazirliyin rəsmi saytında yerləşdirilən arxivə 162-dən çox müxtəlif fayl daxildir. Bu sənədlər arasında indiyədək heç yerdə yayımlanmamış fotoşəkillər, video görüntülər və kəşfiyyat məlumatları yer alır.

Məlumata görə, yayımlanan dosyelərdə təkcə hərbi kəşfiyyatın hesabatları deyil, həm də FTB-nin (FBI) topladığı məlumatlar, mülki şəxslərin, hərbçilərin və hətta NASA astronavtlarının şahid ifadələri əks olunub. PURSUE proqramının əsas məqsədi kosmosda və atmosferdə baş verən izaholunmaz hadisələr barədə şəffaflığı artırmaq və cəmiyyəti məlumatlandırmaqdır. Ekspertlər bu addımı ABŞ hökumətinin yadplanetli texnologiyaları və ya izahı tapılmayan kəşfiyyat obyektləri ilə bağlı onilliklərdir davam edən gizlilik siyasətində böyük dönüş nöqtəsi kimi qiymətləndirirlər.

Əli Səfərli,

NOCOMMENT.az