Təbriz şəhərində SEPAH-a məxsus hərbi qərargahın vurulduğu iddia edilir.
NOCOMMENT.az xəbər verir ki, İranın müxalif media resurslarının yaydığı məlumata görə, səhər saatlarında Təbrizin Mənzəriyyə rayonunda yerləşən SEPAH-ın “Aşura” adlanan 31-ci əməliyyat diviziyasının əsas qərargahı yüksək dəqiqlikli raketlərlə bombardmana məruz qalıb. Bildirilir ki, obyekt Qasai avtomagistralı boyunca yerləşir.
Məlumata əsasən, hücum nəticəsində qərargahın ərazisində yerləşən binalar və anqarlar ciddi dağıntılara məruz qalıb və demək olar ki, heç bir tikili salamat qalmayıb.
Aliyə












