ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus Boeing P-8A Poseidon kəşfiyyat təyyarəsi İran sərhədlərinə yaxın ərazidə, Hörmüz boğazı üzərində yenidən görüntülənib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə məlumat RİA Novosti tərəfindən uçuş məlumatları əsasında müəyyən edilib.
Bildirilib ki, sözügedən hava gəmisi artıq beş saatdan çoxdur ki, bölgə üzərində uçuş həyata keçirir.
Qeyd edək ki, Hörmüz boğazı strateji əhəmiyyətə malik ərazilərdən biri hesab olunur və burada aparılan müşahidə uçuşları beynəlxalq diqqət mərkəzindədir.
Sara












