TƏCİLİ! İsrail bu ölkəni BOMBARDMAN ETDİ

TƏCİLİ! İsrail bu ölkəni BOMBARDMAN ETDİ

İsrail Hərbi Hava Qüvvələri Livanın müxtəlif bölgələrinə qarşı intensiv və genişmiqyaslı hava hücumlarına başlayıb. Hərbi əməliyyatların coğrafiyasının genişlənməsi bölgədəki vəziyyəti daha da mürəkkəbləşdirib.

NOCOMMENT.az xəbər verir ki, İsrail qırıcıları Livanın cənub rayonları ilə yanaşı, daxili ərazilərdə yerləşən bir neçə hədəfə də silsilə zərbələr endirib. Yerli mənbələrin məlumatına görə, hücumlar əsasən strateji hərbi obyektlər və infrastruktur nöqtələrini hədəf alıb. Partlayış səsləri paytaxt Beyrutun yaxınlığındakı yaşayış məntəqələrindən də eşidilib.

İsrail tərəfi bu əməliyyatların öz təhlükəsizliyini təmin etmək və qarşı tərəfin hərbi potensialını zəiflətmək məqsədi daşıdığını bəyan edib. Hazırda hücumlar nəticəsində yaranan dağıntılar və xəsarət alanlar barədə məlumatlar dəqiqləşdirilir. Beynəlxalq müşahidəçilər hərbi qarşıdurmanın tammiqyaslı müharibəyə çevrilmə riskindən ciddi narahatlıq ifadə edirlər.