TƏCİLİ! İsraildə TERAKT - Ölən və yaralılar var

TƏCİLİ! İsraildə TERAKT - Ölən və yaralılar var

İsrailin mərkəzi hissəsində yerləşən Şaron bölgəsində bir neçə fərqli nöqtədə törədilən və qanlı fəsadlara yol açan silahlı hücumdan sonra təhlükəsizlik qüvvələri genişmiqyaslı əməliyyata başlayıb. Hadisə ilə bağlı bölgədə terror həyəcanı elan edilib.

 

NOCOMMENT.az xəbər verir ki, İsrail hüquq-mühafizə orqanları və hərbçilər mərkəzi bölgədəki Kohav Yair, Tsur İshak və xüsusilə Tsur Natan yaşayış məntəqələrinin küçələrini nəzarətə götürərək genişmiqyaslı axtarış tədbirləri həyata keçirir. 

Məlumata görə, ərazidə həm qurudan, həm də havadan xüsusi reydlər aparılır. Əməliyyatda əsas məqsəd mərkəzi xəstəxana və yanacaqdoldurma məntəqəsi yaxınlığında qeydə alınan, 1 nəfərin ölümü, 5 nəfərin isə yaralanması ilə nəticələnən koordinasiyalı atışmada iştirakı ehtimal edilən digər silahlı şəxsləri və terrorçuların mümkün tərəfdaşlarını müəyyən edərək zərərsizləşdirməkdir. 

Thlükəsizlik qüvvələri tərəfindən hücum edənlərdən iki nəfəri artıq öldürülsə də, ərazidə başqa əlbirlərin olub-olmaması ilə bağlı Tsur Natan və ətraf qəsəbələrin sakinlərinə evlərini tərk etməmək barədə xəbərdarlıq edilib, axtarışlar davam etdirilir. 

Əli Səfərli,

NOCOMMENT.az

<script async src="https://telegram.org/js/telegram-widget.js?23" data-telegram-post="Nocommentaz/1153" data-width="100%"></script>