“Neftçi” Varqasın transferini açıqladı

“Neftçi” Varqasın transferini açıqladı

"Neftçi" Freddi Varqasın transferini açıqlayıb.

NOCOMMENT.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, anlaşmaya əsasən, Venesuela milli komandasının futbolçusu "2+1" il ərzində "ağ-qaralar"ın formasını geyinəcək.

Qeyd edək ki, Varqas 2025-ci ilin yayında İsrailin "Makkabi" (Netanya) klubundan satınalma hüququ ilə 1 il müddətinə icarəyə götürülmüşdü. 27 yaşlı ön xətt oyunçusu bu müddət ərzində 34 rəsmi matça çıxıb, 5 qol, 8 assist müəllifi olub.