Leyla Ağamalıyevanın meyiti tapıldı

Leyla Ağamalıyevanın meyiti tapıldı

Xaçmaz rayonunda kanalda meyit aşkarlanıb.

NOCOMMENT.az xəbər verir ki, hadisə rayonun Ağaşirinoba kəndi ərazisində qeydə alınıb.

Meyiti tapılan şəxsin 1960-cı il təvəllüdlü Xudat şəhər sakini Leyla Ağamalıyeva olduğu müəyyən edilib.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.\\apa