İsmayıllı-Muğanlı avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.
NOCOMMENT.az xəbər verir ki, hadisə zamanı “Mercedes” markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və dərəyə yuvarlanıb.
Qəza nəticəsində ölən və xəsarət alanlar olmayıb. Amma avtomobilə ciddi ziyan dəydiyi bildirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.











