Vətən müharibəsi iştirakçısı uzun sürənxəstəlikdən sonra vəfat edib.
NOCOMMENT.az cənub bürosunun verdiyi xəbərə görə Cəlilabad rayonundan olan Vətən müharibəsi iştirakçısı Coşğun Təhməzov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Qeyd edək ki, Vətən müharibəsi iştirakçısı olan Coşğun Təhməzov döyüşlərdə iştirak edib və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda xidmətlərinə görə müxtəlif medallarla təltif olunub. O, onkoloji xəstəlikdən əziyyət çəkirdi
Coşğun Təhməzov ailədə iki qardaş olub. Onun kiçik qardaşı hazırda hərbi xidmətini davam etdirir.











