TƏCİLİ! Rusiya Zaporojyeni BOMBALAYIR - Dağıntılar var

TƏCİLİ! Rusiya Zaporojyeni BOMBALAYIR - Dağıntılar var

Rusiya qüvvələri tərəfindən Ukraynanın Zaporojye şəhərinə endirilən zərbə nəticəsində çoxmərtəbəli yaşayış binasına ciddi ziyan dəyib.

NOCOMMENT.az xəbər verir ki, hücum nəticəsində binanın 1-ci mərtəbəsindən 5-ci mərtəbəsinə qədər olan divar hissəsi tamamilə dağılıb. Bundan əlavə, ətrafdakı binaların pəncərələri sınıb və yaxınlıqda park edilmiş avtomobillərə ziyan dəyib.

İlkin məlumatlara görə, hadisə nəticəsində üç nəfər xəsarət alıb. Yaralılar arasında bir azyaşlı uşağın da olduğu bildirilir.

Əli Səfərli,
NOCOMMENT.az