Mbappe ilə Kasares arasında gərginlik - Video

Mbappe ilə Kasares arasında gərginlik - Video

Dünya çempionatının 1/8 finalında keçirilən Paraqvay – Fransa görüşündə ara qarışıb.

NOCOMMENT.az xəbər verir ki, 73-cü dəqiqədə komandalar su fasiləsinə yollanarkən fransızların kapitanı Kilian Mbappe və rəqib futbolçu Xuan Kasares arasında gərginlik yaşanıb.

Nəticədə onlar bir-birinə hücum çəkməyə çalışıb. Aranı isə hakim və digər futbolçular sakitləşdirib.

Qeyd edək ki, hazırda matç Fransanın 1:0 üstünlüyü ilə davam edir.