TƏCİLİ! Türkiyə F-16-ları havaya qaldırdı - Zərbələr endirilir

TƏCİLİ! Türkiyə F-16-ları havaya qaldırdı - Zərbələr endirilir

Türkiyə Hərbi Hava Qüvvələri Somali qüvvələri ilə birgə Aşağı Şabelle bölgəsində "Əş-Şəbab" terror qruplaşmasına qarşı genişmiqyaslı əməliyyat keçirib.

NOCOMMENT.az xəbər verir ki, türk mətbuatının məlumatına görə, reyd zamanı F-16 qırıcıları terrorçuların gizləndiyi mağaralara və silah-sursat anbarlarına dəqiq aviazərbələr endirib. Əməliyyat nəticəsində təxminən 35 terrorçu məhv edilib, eləcə də partlayıcı maddələrlə təchiz edilmiş bir neçə avtomobil yararsız hala salınıb.

Qeyd edək ki, Türkiyə uzun illərdir Somalidə hərbi mövcudluğunu qoruyub saxlayır. Ölkənin burada ən böyük xarici hərbi bazası yerləşir və yerli təhlükəsizlik qüvvələri məhz bu bazada təlim keçirlər. Bu tip birgə əməliyyatlar artıq iki ölkə arasında hərbi əməkdaşlığın adi bir təcrübəsinə çevrilib.

Sara,
NOCOMMENT.az