Tramp bu siyasətçiyə görə prezidentə müraciət etdi

Tramp bu siyasətçiyə görə prezidentə müraciət etdi

ABŞ Prezidenti Donald Tramp İsrail Prezidenti İsaak Herzoqa məktub göndərərək ondan Baş nazir Benyamin Netanyahunun korrupsiya işi üzrə mühakimə olunmasını tamamilə dayandırılmasını istəyib.

NOCOMMENT.az bu barədə “Haaretz” və “Times of Israel” nəşrlərinə istinadən xəbər verir.

ABŞ lideri israilli baş nazirə qarşı açılan cinayət işini siyasi motivli və ədalətsizlik adlandırıb.

“Onu əfv etməklə və bu vəziyyətə birdəfəlik son qoymaqla Bibinin İsraili birləşdirməsinə imkan verməyin vaxtı gəlib çatıb”, – deyə Tramp vurğulayıb.

O, “müharibə dövrünün qətiyyətli baş naziri” adlandırdığı Netanyahunun hazırda ölkəni sülhə apardığına diqqəti cəlb edib.

Prezident Hersoq cavabında “prezident Trampa böyük hörmətini” ifadə edib, lakin vurğulayıb ki, “əfv istəyən hər kəs müəyyən edilmiş prosedurlara uyğun olaraq müvafiq orqanlara rəsmi müraciət etməlidir”.

Xatirə SADİQ