Tramp Makronu “fransız aksenti” ilə təqlid etdi

Tramp Makronu “fransız aksenti” ilə təqlid etdi

ABŞ Prezidenti Donald Tramp Fransaya dair mövzuda çıxışı zamanı Prezident Emmanuel Makronu “fransız aksenti” ilə təqlid edib.

NOCOMMENT.az xəbər verir ki, bu hadisə Trampın cümə günü Ağ Evdə kənd səhiyyəsinə həsr olunmuş dəyirmi masa zamanı baş verib.
Prezident burada 2025-ci ilin iyulunda imzalanmış “böyük və gözəl qanun layihəsi” çərçivəsində kənd icmalarına yönələn investisiyalardan danışıb.

Çıxışı zamanı Tramp ABŞ-də dərman qiymətlərinin Avropa ilə müqayisədə xeyli yüksək olmasına toxunaraq, bu mövzuda Fransa Prezidenti Emmanuel Makronla telefon danışığını xatırladıb. O, söhbəti auditoriyaya çatdırarkən Makronu fransız aksenti ilə təqlid edib.

Tramp bildirib ki, Makrona ABŞ-də dərmanların Avropadan 13 dəfə baha olduğunu deyib və Fransanın da daxil olduğu Avropa ölkələrinin dərman qiymətlərini qaldırmalı olduğunu vurğulayıb. ABŞ prezidenti qeyd edib ki, əks halda Fransa məhsullarına, o cümlədən şərab və şampana 25 faiz gömrük rüsumu tətbiq edilə bilər.