ABŞ Prezidenti Donald Tramp Cared Kuşner və Stiv Uitkoffun Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi görüşün yetərincə yaxşı keçdiyini bildirib.
NOCOMMENT.az xəbər verir ki, jurnalistlərə açıqlamasında Tramp qeyd edib ki, Rusiya ilə Ukrayna arasında müharibə heç vaxt başlamamalı idi.
“Prezident Putin Cared Kuşner və Stiv Uitkoffla çox yaxşı görüş keçirdi. O, bu görüşdən hansı nəticəni çıxarıb, deyə bilmərəm. Axı tanqo oynamaq üçün iki nəfər lazımdır”, – Tramp vurğulayıb.











