Tramp: Ukrayna cümə axşamına qədər ABŞ-nin 28 bəndlik sülh planına razılıq verməlidir

Tramp: Ukrayna cümə axşamına qədər ABŞ-nin 28 bəndlik sülh planına razılıq verməlidir

ABŞ Prezidenti Donald Tramp onun administrasiyasının Kiyevin Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı Ağ Evin 28 bəndlik planına razılıq verməsi üçün gələn cümə axşamına qədər son müddət müəyyən etdiyini təsdiqləyib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, Tramp bunu “Fox News”a radiomüsahibəsində bildirib.

“Çox vaxt son müddətlərim olub, amma hər şey yaxşı gedirsə, adətən, müddətlər uzadılır. Amma cümə axşamı – sondur”, – o qeyd edib.