ABŞ prezidenti Donald Tramp İranın rəhbərliyi ilə bağlı açıqlama verib.
NOCOMMENT.az xəbər verir ki, Tramp bildirib ki, İranın ali lideri Əli Xameneinin oğlunun ölkə rəhbərliyinə gəlməsi ABŞ üçün qəbuledilməz variantdır.
Onun sözlərinə görə, İranın gələcək lideri ölkədə sabitlik və sülhə töhfə verəcək şəxs olmalıdır. “Biz İrana harmoniya və sülh gətirəcək birini görmək istəyirik”, – deyə Tramp qeyd edib.
ABŞ lideri həmçinin bildirib ki, İranın növbəti rəhbərinin seçilməsi prosesində şəxsən iştirak etmək niyyətindədir. Onun sözlərinə görə, İranın gələcək siyasi rəhbərliyi regionda sabitliyin formalaşmasında mühüm rol oynayacaq.
Sara












