ABŞ Prezidenti Donald Tramp İrandakı hərbi mövcudluq və Alyansın gələcəyi ilə bağlı dünya gündəmini sarsıdan açıqlamalar verib.
NOCOMMENT.az xəbər verir ki, “Reuters” agentliyinə danışan Tramp, Birləşmiş Ştatların “olduqca tez bir zamanda” İrandan çıxacağını, lakin ehtiyac yaranarsa, “nöqtə zərbələri” endirmək üçün yenidən qayıda biləcəyini bəyan edib.
Tramp bu addımın İranın nüvə silahı əldə etmək iqtidarında olmadığına əmin olduqdan sonra atılacağını vurğulayıb. “Onların nüvə silahı olmayacaq, çünki hazırda buna qadir deyillər. Mən bütün heyəti götürüb gedəcəyəm, lazım gələrsə isə yalnız hədəfəyönlü zərbələr üçün geri dönəcəyik” – deyə prezident qeyd edib.
Trampın çıxışında ən diqqətçəkən məqamlardan biri də NATO ilə bağlı olub. O, Alyansın ABŞ-ın İrandakı hədəflərini yetərincə dəstəkləməməsindən qəzəbli olduğunu və ABŞ-ın NATO-dan çıxması variantını “mütləq şəkildə” nəzərdən keçirdiyini bildirib. Bu bəyanatlar Trampın millətə müraciətindən cəmi bir neçə saat öncə səsləndirilib və Vaşinqtonun xarici siyasətində kəskin dönüşün anonsu kimi qiymətləndirilir.
Tunar
NOCOMMENT.az












