Moldovada FSB zabiti saxlanılıb: Turist pərdəsi altında kəşfiyyat fəaliyyəti

Moldovada FSB zabiti saxlanılıb: Turist pərdəsi altında kəşfiyyat fəaliyyəti

Moldova xüsusi xidmət orqanları ölkə ərazisində kəşfiyyat fəaliyyəti ilə məşğul olmağa cəhd edən Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) zabitini yaxalayıb.

NOCOMMENT.az xəbər verir ki, Moldova mediası saxlanılan şəxsin ölkəyə turist kimi daxil olmağa çalışdığını yazıb.

Moldova İnformasiya və Təhlükəsizlik Xidmətinin (SIS) məlumatına görə, həmin şəxs Dnestryanı bölgəni əhatə edən və uzunluğu 225 kilometr, eni isə 1 ilə 15 kilometr arasında dəyişən "Təhlükəsizlik Zonası"nda kəşfiyyat məlumatları toplamağı planlaşdırıb.

Qeyd etmək maraqlıdır ki, sözügedən şəxs Moldovada ilk dəfə deyil ki, qanunsuz fəaliyyəti ilə diqqət çəkir. Belə ki, o, 2017–2019-cu illər ərzində də diplomatik pasportdan sui-istifadə edərək, müvafiq akkreditasiyadan keçmədən ölkədə dağıdıcı fəaliyyətlə məşğul olub.

Əli Səfərli, NOCOMMENT.az