Trampın Çin səfərinin vaxtı açıqlandı

Trampın Çin səfərinin vaxtı açıqlandı

ABŞ prezidenti Donald Trampın Çinə səfərinin tarixi açıqlanıb.

NOCOMMENT.az xəbər verir ki, Ağ Evin mətbuat katibi Kerolayn Livitt Trampın bu ilin 14-15 may tarixində Pekində rəsmi səfərdə olacağını bəyan edib.

Səfər çərçivəsində ABŞ lideri Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşəcək.

Livitt əlavə edib ki, Çin Xalq Respublikasının Sədrinin ABŞ-yə cavab səfəri 2026-cı ilin sonlarında gözlənilir.

Qeyd edək ki, bu ilin fevralında Trampla Si Cinpin arasında telefon danışığı baş tutub./qafqazinfo/