Trampın keçmiş müşaviri Zelenski və Yermakın mühakimə olunmasını tələb edir

Trampın keçmiş müşaviri Zelenski və Yermakın mühakimə olunmasını tələb edir

Ukrayna prezidenti Vladimir Zelenski və onun keçmiş administrasiya rəhbəri Andrey Yermak ABŞ-a qarşı törətdikləri cinayətlərə görə mühakimə edilməlidir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Trampın keçmiş müşaviri Stiv Kortes sosial şəbəkədəki səhifəsində bildirib.

“Vladimir Zelenski və Andriy Yermakın təkcə öz xalqlarına qarşı deyil, həm də ABŞ-a qarşı cinayətlərə görə mühakimə olunmasının vaxtı çatıb”, o yazıb.

Kortes hesab edir ki, Amerika rəhbərliyi Ukraynaya maliyyə yardımını dərhal dayandırmalıdır. Əks halda, Donald Tramp administrasiyası öz vətəndaşlarının maraqlarına zidd hərəkət etmiş olacaq.

Stiv Kortes bundan əvvəl Vladimir Zelenski və Andriy Yermakı korrupsioner tiran adlandırmışdı. O hesab edir ki, onlar ABŞ üçün etibarsız müttəfiqlərdir.