İsrailin diaspora işləri üzrə naziri Amiçay Tsikli Türkiyədən artan strateji təhlükə barədə narahatlığını ifadə edərək, ölkəsinin hərbi qarşıdurmaya hazır olmalı olduğunu bildirib.
NOCOMMENT.az xəbər verir ki, Qüds Tətbiqi Siyasət Mərkəzinin (JCAP) qapalı konfransında çıxış edən nazir iki ölkə arasında münasibətlərin gərginləşdiyini vurğulayıb:
"Dənizdə Türkiyə ordusu ilə birbaşa qarşıdurma artıq qeyri-mümkün ssenari deyil; bu, sabah səhər tezdən baş verə bilər."
Tsikli çıxışı zamanı həmçinin İsrailin keçmişdə Türkiyəyə humanitar yardımlar göstərdiyini, lakin mövcud geosiyasi reallıqların kəskin şəkildə dəyişdiyini qeyd edib. O, Qüdsdəki Türkiyə konsulluğunun fəaliyyətinin dərhal dayandırılmasının və İsrail ərazisindəki hər hansı Türkiyə təmsilçiliyinin ləğv edilməsinin tərəfdarı olduğunu bildirib.
Sara,
NOCOMMENT.az









